Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

AzerTimes xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə nail olub. Çexiya isə A Liqasını tərk edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Görüş heç-heçə ilə yekunlaşıb.

4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə səfərrdə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin edən Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib. Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.

Teqlər: