Millətlər Liqası: Fransa geri dönüş edərək finala yüksəldi

Bu gün UEFA Millətlər Liqasının son yarımfinal oyunu keçirilib.

AzerTimes-ın məlumatına görə, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda baş tutan qarşılaşmada Belçika və Fransa yığmaları üz-üzə gəliblər.

Birinci hissədə Belçikalılar rəqibin qapısından iki top keçirərək 2:0 önə çıxıblar. Qolları Y.Karrasko (37-ci dəqiqə) və R.Lukaku (40-cı dəqiqə) vurublar.


İkinci hissədə Fransa millisinin oyunçuları 3 qol vuraraq finala vəsiqəni təmin ediblər: 62-ci dəqiqədə K.Benzema, 69-cu dəqiqədə K.Mbappe, 90-cı dəqiqədə isə T.Ernandes.

Qeyd edək ki, finalda Fransa millisi İspaniya millisi ilə qarşılaşacaq.

Teqlər: