Milli Məclisin deputatları – Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-10 iyun tarixlərində Fransanın paytaxtı Parisə səfər edəcəklər.
AzerTimes xəbər verir ki, səfər çərçivəsində millət vəkilləri Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər.
Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.