Millət vəkilinə vəzifə verildi

Millət vəkilinə vəzifə verildi

Milli Məcilisin deputatı Jalə Əhmədova Alpaqut Federasiyasının rəhbəri seçilib.

AzerTimes xəbər verir ki, bu barədə deputat özü sosial şəbəkədə paylaşım edib.

“Dünya Alpaqut Federasiyasının 3-cü qurultayında federasiyasının prezidenti seçildim. Namizədliyimi irəli sürən və məni bu yüksək vəzifəyə layiq görən Federasiyanın idarə heyəti üzvlərinə dərin təşəkkürlərimi bildirir, mənə göstərilən etimadı layiqincə doğruldacağımdan əminliyimi ifadə edirəm.

Onu da qeyd edim ki, Alpaqut türksoylu xalqların ortaq mədəniyyətini və Turan Döyüş Sənətini inkişaf etdirən yeganə beynəlxalq idman təşkilatıdır”, – milət vəkili vurğulayıb.

Teqlər: