Millət vəkili Zirəddini “axmaq” adlandırdı – Qalmaqal

Millət vəkili Zirəddini “axmaq” adlandırdı – Qalmaqal

Rusiyada millət vəkili Vitali Milonovun ölkədə Tarot kartlarının satışının, eləcə də falçıların və astroloqların fəaliyyətinin qadağan edilməsi təklifi ekstrasenslərin kəskin etirazına səbəb olub. Onlar siyasətçi ilə razılaşmadıqlarını, öz baxışlarını müdafiə edəcəklərini bildiriblər.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, ezoterik məhsulların qadağan edilməsi ilə bağlı müzakirələr fonunda deputat daha bir qalmaqalı “Psixika döyüşü”nün iştirakçısı, əslən Azərbaycanın Şəmkir rayonundan olan Zirəddin Rzayevlə yaşayıb.

Belə ki, 41 yaşlı Zirəddin Rzayev 49 yaşlı siyasətçinin onun ünvanına söylədiyi təhqiramiz ifadələri qulaqardına vura bilməyib. O, sosial şəbəkə vasitəsilə Milonova video müraciət edib.

“Hörmətli deputat Milonov! Birincisi, mənim mədəniyyətim və tərbiyəm kiminsə inciməsinə imkan vermir. Məni tez-tez axmaq adlandırırsınız. Amma sizdən fərqli olaraq, mən həmişə statusumu müdafiə edəcəyəm. Mən özümə hörmət edirəm”, – deyə, ekstrasens Milonova tutarlı cavab verib.

Milonovun müsəlman ölkələrinə getmək və orada ezoterik təcrübəni davam etdirmək təklifinə isə Rzayevin cavabı bu cür olub:

“Əvvəla, mən Rusiyada özümü yaxşı hiss edirəm. Burada demokratiya və azadlıq var. Müsəlman ölkələrinə gəlincə, mən 1997-2008-ci illərdə Azərbaycanda olmuşam, insanları qəbul etmişəm. Müsəlman ölkələrində də, o cümlədən Türkiyədə astroloqlar, taroloqlar var”.

Ekstrasens bildirib ki, onların istinadlarına dini kitablarda da rast gəlmək mümkündür. Zirəddin rusiyalı deputata qanun layihələri üzərində birgə işləməyi və cəmiyyəti narahat edən məsələləri müzakirə etməyi də təklif edib:

“Müzakirəsinə ehtiyac duyulan qanunları mən sizə yazılı şəkildə təqdim edə bilərəm. Əgər razısınızsa, bunu etməyə hazıram. Kimisə təhqir etməkdənsə, insanları etnik qruplara bölməkdənsə, daha aktual məsələlərlə məşğul olmaq və ölkə əhalisinin çoxmillətli olduğunu nəzərə almaq lazımdır”.

Teqlər: