Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə böyük xeyriyyəçi H.Z.Tağıyevin anadan olmasının 185-ci ildönümü münasibəti ilə tədbir təşkil olunub.
AzerTimes xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Hacı Zeynalabdin Tağıyevin adını daşıyan, Bakının Mərdəkan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə keçirilən “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbirdə çıxış edib.
Tədbirdən öncə Hacı Zeynalabdin Tağıyevin büstü, məktəbdə yaradılmış xüsusi xatirə guşəsi, eləcə də, iki naməlum Türk əsgərinin məzarı, məktəbin məzunu olmuş 6 şəhidin xatirə guşəsi və şəhidlərin adını daşıyan sinif otaqları ziyarət olunub.
Tədbirin sonunda MM-in Mədəniyyət Komitəsi, NƏFƏS İB, “UNİTY Companiy” və “Avto-Azərbaycan” adından məktəbdə təhsil alan hər bir qıza və təhsildə fərqlənən oğlanlara kitablar hədiyyə edilib.