56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda olub. Mütəmadi olaraq, seçicilərlə görüşən millət vəkili bu dəfə rayonun Uzunoba kənd sakinlərini qəbul edib.
AzerTimes-ın məlumatına görə, görüşdə kənd sakinləri əsasən sosial xarakterli müraciətlərini səsləndiriblər. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.
Millət vəkili qəbula gələn vətəndaşlara, həmçinin pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi, ölkədə aparılan peyvəndlənmə prosesinə aktiv qoşulmağı da tövsiyə edib.
Görüşdə iştirak edən seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.