Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhidimiz, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Romir Rəşadət oğlu Əliyevin anası Miroslava Əliyeva və şəhidin bacısı ilə görüşüb.
AzerTimes xəbər verir ki, Qurban bayramı ərəfəsində, Milli Məclisdə baş tutan görüşdə şəhid anasını məhəbbətlə salamlayan Komitə sədri onu dinləyib, qayğıları ilə maraqlanıb və ürək sözlərini bölüşüb.
Q.Paşayeva qəhrəman şəhidimizin anasına və bacısına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.