Millət vəkili şəhidimizin ailə üzvləri ilə görüşdü

Millət vəkili şəhidimizin ailə üzvləri ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Rasim Abdullayevin xanımı Səadət İbrahimova və oğlu Miryaqub Abdullazadə ilə görüşüb.

AzerTimes xəbər verir ki, Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə baş tutan görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir millət vəkili üçün də nümunə olduğunu söyləyib. Qənirə Paşayeva 31 mart – Azərbaycanlıların Soyqırımı Günündə şəhid ailəsi ilə keçirilən görüşün onunçün xüsusi anlam daşıdığını deyib, bütün dövrlərdəki şəhidlərin xatirəsini ehtiramla yad edib.

Millət vəkili şəhid polkovnik-leytenantın oğlunun yaxşı təhsil almasından və öz ixtisası üzrə layiqli kadr kimi yetişməsindən məmunluğunu bildirib, ona uğurlar arzulayıb.

Teqlər: