Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüş zamanı Dədəli kəndindən olan şəhid Müqəddəs Qədirovun ailəsini də ziyarət edib.
AzerTimes-ın məlumatına görə, millət vəkili şəhidin valideynləri və xanımına başsağlığını bildirib, onlara səbr diləyib.
S.Mikayılova Vətən müharibəsi şəhidləri və qazi ailələrinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulacağını bildirib.
Şəhidin ailəsi də daim dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Şəhidin ailə üzvləri əmin ediblər ki, Müqəddəs Qədirovun tək qız övladını Vətənə, atasının adına layiq övlad kimi böyüdəcəklər.