Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın ilk hərbi pilotlarından biri, “Azərbaycan bayrağı” ordenli şəhid Feyruz Cəlilovun həyat yoldaşı Səlimə Cəlilova, Azərbaycan Vətən müharibəsinin şəhidi Hüseyn Tağıyevin anası Mətanət Məmmədova, bacısı Könül Tağıyeva, Silahlı Qüvvələrin şəhid əsgəri İbrahim Həsənovun həyat yoldaşı Aytac Kamilova ilə görüşüb.
AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, şəhid ailələrinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.
Qənirə Paşayeva Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət və qayğısından danışıb, bunun hər bir millət vəkili üçün də örnək təşkil etdiyini söyləyib. O, tarixi Zəfərin ikinci ildönümü ərəfəsində şəhid ailələri ilə keçirilən hər bir görüşün onun üçün çox əziz olduğunu deyib.
Q.Paşayeva ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan zəfərin tarixi önəmindən danışıb, şəhidlərimizin qanının yerdə qalımadığını söyləyib.