Təhsil hər zaman dövlətimizin diqqət mərkəzində olub, onun inkişafı milli dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi daim öndə gəlib.
Bu fikirlər YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərtimzadənin gənclərlə onlayn formatda keçirilən görüşündə səsləndirilib.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal gənclərinin iştirak etdiyi görüşdə ölkəmizdə təhsilə, gənclərə göstərilən qayğıdan danışılıb, xaricdə təhsillə bağlı fikir mübadiləsi aparılıb.
Millət vəkili Pərvin Kərimzadə azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu ənənənin Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib. Pərvin Kərimzadə minlərlə azərbaycanlı gəncin dünyanın müxtəlif ölkələrində təhsil aldığını və bu sayın sürətlə artdığını diqqətə çatdırıb.
Millət vəkili onu da qeyd edib ki, xarici universitetlərdə təhsil aldığı illərdə ölkəmizi layiqincə təmsil edən gənclərimiz peşəkar mütəxəssis kimi Vətənə dönür, ölkəmizin inkişafı naminə öz töhfələrini verirlər.
Görüşdə təhsil məsələləri, mübadilə proqramları, xaricdə magistratura təhsili, ikili diplomlar və digər məsələlər müzakirə mövzusuna çevrilib.