Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (FOTO/VİDEO)

Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir. Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar əsasən sosial şəraitin yaxşılaşdırılması, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşları diqqətlə dinləyən millət vəkili ölkə Prezidentinin göstərişinə uyğun olaraq həyata keçirilən vətəndaş qəbulunda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa müddətdə müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.

Müraciətlər nəzarətə götürülüb, operativ şəraitdə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi yerindəcə həll olunub.

Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtlərinə əməl etmələri tövsiyyə olunub.

Teqlər: