Millət vəkili Naqif Həmzəyev Gəncədə şəhidlərin məzarını ziyarət edib, ailələri ilə görüşüb (FOTO/VİDEO)

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin Şəhidləri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhid zirvəsinə ucalan qəhrəmanları yad edən millət vəkili ilk olaraq xiyabandakı əbədi məşəl abidəsi önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlara öz ehtiramını bildirib.
Şəhidlərin unudulmaz xatirəsini hörmət və ehtiramla yad edən, şəhidlərin ailə üzvüləri ilə görüşən millət vəkili Naqif Həmzəyev bildirib ki, biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini əziz tutur.

“Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir” – millət vəkili qeyd edib.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.


Qeyd edək ki, millət vəkili Naqif Həmzəyev şəhid ailələrini, o cümlədən qaziləri davamlı olaraq ziyarət edir, onların problemləri və qayğıları ilə maraqlanır.

Teqlər: