Millət vəkili Könül Nurullayeva vətəndaşların müraciətlərini dinləyib (FOTO)

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qərargahından AzerTimes-a verilən məlumata görə, K.Nurullayeva sakinlər tərəfindən səsləndirilən müraciət və problemləri dinləyib, sözügedən məsələlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın əlillik dərəcəsinin düzgün təyin olunmaması, sosial-məişət şəraiti aşağı olan ailənin müvəqqəti olaraq sığınacağa yerləşdirilməsi, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşın lazımi avadanlıqlarla təchiz olunması, mirasçının vərəsəlik hüququndan yararlanmaqla bağlı yaşadığı çətinlik, Vətən müharibəsi veteranının işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Millət vəkilinin qərargahından verilən məlumata görə, vətəndaşların qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyətı üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Teqlər: