Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərindən İran parlamentində olan millət vəkili Qulamrza Nuri Qızılca hökuməti yalançılıqda günahlandırıb.
AzerTimes xəbər verir ki, o, “Ruydad 24″ saytına müsahibəsində hökuməti xalqa yalan məlumat ötürməkdə günahlandırıb.
“Hökumət və məsullar davamlı olaraq inflyasiyanın 40% səviyyəsində olduğu və onun nəzarətə alındığı barədə iddialar səsləndirir, rəqəmlər verirlər. Ancaq bütün bunlar hökumət məsullarının təxəyyülünün məhsuludur. Real inflyasiya səviyyəsi 120%-dir”, – Nuri Qızılca bildirib.