Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva mina təhlükəsi ilə mübarizə proqramı sahəsində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün kökləri” (“Roots of Peace”) beynəlxalq humanitar təşkilatının təsisçisi və baş direktoru Heidi Kühn ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə təşkilatın gördüyü işlər, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Komitə sədrinə məlumat verilib ki, təşkilatın əsas fəaliyyəti müharibədən zərər çəkmiş bölgələrdə yaşayan ailələri ixrac və ticarət vasitəsilə sülh iqtisadiyyatına ümidləndirməkdir.
Komitə sədri qonağa Qarabağ motivli hədiyyə bağışlayıb.
Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu da iştirak edib.