Millət vəkili Hamlet İsaxanlı ilə görüşdü

Millət vəkili Hamlet İsaxanlı ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xəzər Universitetinin qurucusu, professor Hamlet İsaxanlını ziyarət edib.

AzerTimes xəbər verir ki, millər vəkili professoru 75 illik yubileyi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Komitə sədri Xəzər Universitetinin ölkəmizin ən önəmli təhsil, elm və mədəniyyət ocaqlarından biri olmasını məmnuniyyət və qürur hissi ilə vurğulayaraq, professora elmi, pedaqoji, ictimai və ədəbi fəaliyyətində yeni uğurlar arzu edib, Mədəniyyət Komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.

Professor H.İsaxanlı millət vəkilinə təbrikinə görə təşəkkür edib.

Teqlər: