Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar artisti, tanınmış xanəndə Firuz Səxavətlə görüşüb.
AzerTimes xəbər verir ki, millət vəkili onu 50 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
“Çox şadam ki, 50 illik yubileyinizi doğma Ağdamın, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının düşmən işğalından azad olunması, azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərinin aparılmasının sevinci içində keçirirsiz”, – millət vəkili bildirib.
Q.Paşayeva həmçinin Firuz Səxavəti qardaşı – ünlü xanəndə Səxavət Məmmədovun xatirəsini əziz tutaraq, onun adını özünə ikinci ad (sənət təxəllüsü) olaraq götürməsini və bu adı ləyaqətlə daşımasını xüsusi vurğulayıb.
Millət vəkili əməkdar artistə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.
F.Səxavət Komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.