Millət vəkili əməkdar artisti təbrik etdi

Millət vəkili əməkdar artisti təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının əməkdar artisti, Kinematorafçılar İttifaqının üzvü Əliqulu Qüdrətoğlunu 70 illik yubileyi ilə bağlı təbrik edib.

AzerTimes xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə əməkdar artistin incəsənət, özəlliklə kino sahəsində xidmətlərini xatırladan Q.Paşayeva ona möhkəm cansağlığı, yeni sənət uğurlar diləyib.

Millət vəkili Ə.Qüdrətoğluna Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.

Qeyd edək ki, Ə.Qüdrətoğlu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (indiki Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu; Yevgeni Matveyevin kursunda) təhsil alıb, 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub. Bir çox filmin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. 2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında işləyib.

“Bizi gənclik yaşadır…” (1986, rejissor Yevgeni Şerstobitov – Ukrayna) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin – Belarus) filmində, “Alfa” layihəsi” (1990, rejissor Y.Şerstobitov – Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 – İran) filmində, “Sıçrayış” (1991, rejissor Y.Şerstobitov – Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman – Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə – İran) filmində isə ikinci rejissor olub.

Ölkəmizdə isə “Qəribə adam” (1979, tammetrajlı bədii film; aktyor), “Yol əhvalatı” (1980, tammetrajlı bədii film; aktyor), “Qorxma, mən səninləyəm” (1981, tammetrajlı bədii film; aktyor), “Nizami (III; 1982, tammetrajlı bədii film; aktyor), “Evlənmək istəyirəm” (1983, tammetrajlı bədii film; aktyor), “Bəyin oğurlanması” (1985, tammetrajlı bədii film; aktyor), “Qanlı zəmi” (1985, tammetrajlı bədii film; aktyor), “Qətl günü” (1990, tammetrajlı bədii film; aktyor), “Qəzəlxan” (1991, tammetrajlı bədii film; aktyor), “Həm ziyarət, həm ticarət…” (1995, tammetrajlı bədii film; aktyor), “Otel otağı” (1998, tammetrajlı bədii film; aktyor), “Dirsə xan oğlu Buğac” (2000, tammetrajlı film-tamaşa; ikinci rejissor, aktyor), “Salur Qazanın evi talandığı boy” (2001, tammetrajlı film-tamaşa; ikinci rejissor), “Yaşıl eynəkli adam” (2003, televiziya filmi; ikinci rejissor), “Biz qayıdacağıq” (2007, tammetrajlı bədii film; aktyor), “Cavid ömrü” (2007, tammetrajlı bədii film; ikinci rejissor, aktyor), “Cavad xan” (2008, tammetrajlı bədii film; ikinci rejissor, aktyor), “Dolu” (2012, tammetrajlı bədii film; ikinci rejissor, aktyor), “Cümhuriyyətin 9 şəkli” (2018, qısametrajlı sənədli film; ikinci rejissor, aktyor) və b. kimi filmlərdə iştirak edib.

Teqlər: