Millət vəkili Daşkənddə imza mərasimi keçirdi

Millət vəkili Daşkənddə imza mərasimi keçirdi

Qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İtirdiyim xoşbəxtlik” (Qarabağ hekayələri) toplusunun imza mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva həmmüəllifi olduğu nəşrin məziyyətlərindən danışıb, bu hekayələrin Qarabağ işğaldaykən yazıldığını bildirib, ürək sözlərini bölüşüb:

“Ulu Tanrıya çox şükürlər olsun ki, iki il bundan öncə Azərbaycan Ordusu işğalçıları Qarabağdan qovdu. Və biz “Qarabağ hekayələri”nin təqdimatını bu gün qürurla keçiririk. Bu, özbəkcəyə uyğunlaşdırılmış “Qarabağ hekayələri”nin ilk təqdimatıdır. İlk təqdimatın Özbəkistanın paytaxtı Daşkənd şəhərində dünən start götürmüş “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, ictimai fəallar və özəlliklə gənclərin iştirakı ilə keçirilməsi çox xoşdur.

Ümidvarıq ki, “İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri”) toplusu qardaş Özbəkistan ictimaiyyətinin Qarabağ, ümumən Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olması, geniş bilgilənməsi baxımından faydalı olacaqdır”.

Sonra imzalanma mərasimi olub. Q.Paşayeva həmmüəlifi olduğu “İtirdiyim xoşbəxtliy”i yüzə yaxın oxucu üçün imzalayıb, ürək sözlərini yazıb.

Xatırladaq ki, nəşrə görkəmli özbək alimi Babaxan Şərif “Təqdim” yazısı yazıb. Özbək alimi Azərbaycan həqiqətləri, bu həqiqətlərin bədii ədəbiyyatda inikası, eləcə də qardaş ölkələrimizin daha da doğmalaş̧masında ədəbiyyatın önəmli rolu haqqında düşüncələrini bölüşüb.

Yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməç̧i, ü̈nya Gənc Türk Yazarlar Birliyininüzü Şahistə Artukova (Kamranlı) uyğunlaş̧dırıb.

Teqlər: