Millət vəkili adına küçə verilən şəhidin xanımı ilə görüşdü

Millət vəkili adına küçə verilən şəhidin xanımı ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsinin şəhidi İsə Musayevin həyat yoldaşı Gülsüm İbrahimova ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüş Tovuz rayonununda baş tutub.

Q.Paşayeva şəhidin adının Tovuzda əbədiləşdirilməsini və İsə Musayev küçəsinin divarına 300-dən çox şəhidin fotosunun vurulmasını qürurla vurğulayıb:

“Şəhidimizin adını daşıyan küçə rayonumuzun ən diqqətçəkən küçələrindən biridir. Mülki və hərbçi şəhidlərimizin, o cümlədən 44 günlük müharibədə şəhid olmuş rayon sakinlərinin şəklinin şəhid adı daşıyan küçəyə vurulması ideyasının təşəbbüskarı yerli sakinlərimizdir. Şəhidlərimizi gənc nəslə tanıtmaq çox nəcib məqsəddir.

I Qarabağ müharibəsinin iştirakçısı, küçəyə adı verilmiş İsə Musayevin, bütün şəhidlərimizin ruhu bu gün şaddır. Tarixi Zəfərimiz hamımızın ən böyük təsəllimiz, qürur qaynağımızdır”.

Teqlər: