Millət vəkili 100 yaşlı məktəbin yubileyində

Millət vəkili 100 yaşlı məktəbin yubileyində

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış edib.

AzerTimes xəbər verir ki, məktəb rəhbərliyi, müəllim və şagirdləri təbrik edən Qənirə Paşayeva taleyi Bozalqanlı məktəbi ilə bağlı olmuş hər kəsi minnətdarlıqla anıb.

Millət vəkili II Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından olan Yusif Sadıqovun adını daşıyan məktəbin onlarla məzununun I və II Qarabağ müharibəsində igidliklə döyüşdüyünü, şəhid və qazi olduğunu, dövlət başçısı – Müzəffər Ali Baş Komandan tərəfindən orden-medallarla təltif edildiyini xatırladıb.

Q.Paşayeva məktəb rəhbərliyinə xatirə hədiyyəsi və məktəbin kitabxanasına kitablar hədiyyə edib.

Teqlər: