Miller ifşa etdi: Bu Avropa ölkələri bizdən qaz alır

Miller ifşa etdi: Bu Avropa ölkələri bizdən qaz alır

Rusiya qazından imtina etdiyi iddia edilən bir neçə Avropa ölkəsi faktiki olaraq onu almağa davam edir.

AzerTimes xəbər verir ki, bu sözləri “Qazprom” rəhbəri Aleksey Miller “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Avstriyanın qaz qovşağı vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə də qaz tədarük edilir”, – Miller bildirib.

Aleksey Millerin sözlərinə görə, Rusiya qazı Avropa bazarında kifayət qədər böyük həcmdə mövcuddur.

“Bir daha vurğulayıram ki, öz ölkələrinin bazarında Rusiya qazının olmadığını bəyan edən dövlətlər var. Lakin bu, belə deyil”, – o əlavə edib.

Teqlər: