Milatoviç Əliyevə Bakıya gələcəyini təsdiqlədi

Milatoviç Əliyevə Bakıya gələcəyini təsdiqlədi

Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, təbrikdə qeyd olunur:

“Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf və firavanlıq arzulayıram.

Monteneqro ilə Azərbaycan arasında bir sıra sahələrdə çox yaxşı ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq mövcuddur. Əldə etdiyimiz dinamik və yüksəksəviyyəli siyasi dialoq bizi birgə səylər sayəsində qarşılıqlı maraq doğuran sahələrdə sərmayə və infrastrukturla bağlı gələcək layihələrə yeni təkan verməyə həvəsləndirir.

Şadam ki, ölkəniz bu il COP29-a ev sahibliyi edəcək. Əminəm ki, Siz mənim də şəxsən böyük məmnuniyyətlə iştirak edəcəyim bu mühüm tədbirlə bağlı məsuliyyətli hazırlıqları və onun reallaşdırılmasını ən yüksək səviyyədə icra edəcəksiniz.

Ümidvaram ki, gələcək illərdə ölkələrimiz və xalqlarımız arasında daha sıx münasibətlər qurmağa davam edəcəyik və bu ilin noyabr ayında Sizinlə Bakıda görüşümüzü səbirsizliklə gözləyirəm.

Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Teqlər: