Milan’dan növbəti transfer

Milan’dan növbəti transfer

“Milan” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

“Rassionerlər” “Volfsburq”un müdafiəçisi Rikardo Rodrigeslə razılığa gəlib.

Klubun rəsmi tvitter səhifəsi isveçrəli futbolçunun tibbi müayinədən keçmək üçün “Milan”a getdiyini yazıb. Onunla yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, “Milan” bundan əvvəl “Atalanta”dan Frank Kessieni də transfer edib.