Mikrodalğalı sobada qızdırılan yeməklər xəstəlik yaradır?

Mikrodalğalı sobada qızdırılan yeməklər xəstəlik yaradır?

Mikrodalğalı soba vasitəsilə hazırlanan yeməklərin bir çox fəsadlara yol açdığı barədə məlumatlar mövcuddur.

AzerTimes “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, hər şey mikrodalğalı sobanın düzgün istifadəsindən asılıdır.

Terapevt Mətanət Cəfərovanın sözlərinə görə, əsas məsələ bu sobada nəyi hansı temperaturda qızdırmaqdan asılıdır:

“Plastik qablardan istifadə zamanı mikrodalğalı sobalardan və çox qalmış ət və süd məhsullarının qızdırılıb istifadəsi digər məhsullara müqayisədə daha təhlükəli ola bilər. Əgər gündəlik, davamlı düzgün qaydada istifadə edirlərsə, bu, heç bir halda xərçəng yaratmaz. Düzgün istifadə olunmadığı halda isə mədə-bağırsaqda müəyyən fəsadlar yarana bilər. Bu hallar ishal, ürəkbulanma, başgicəllənmə kimi simptomlardır”.

Həkimin sözlərinə görə, mikrodalğalı sobada qızdırılmış yeməyin xərçəng yaratması ilə bağlı rəsmi məlumat yoxdur.

Qida üzrə ekspert Seymur Qafarov isə deyib ki, yemək hazırlanıb soyuducuda saxlandıqdan sonra yalnız bir dəfə mikrodalğalı sobada qızdırıla bilər. O, mikrodalğalı sobanın hansısa konsaragen maddə yaratması, qidanın tərkibinə şüa ötürməsi ilə bağlı fikirlərinin yanlış olduğunu bildirib.

Teqlər: