Türkiyənin Adana şəhərində mikroavtobus aşandan sonra yanıb.
AzerTimes xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Xəsarət alanlardan 7-sinin azyaşlı olduğu bildirilib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib.