Miki Levi İsrail Knessetinin yeni spikeri seçilib

“Yesh Atid” partiyasını təmsil edən millət vəkili Miki Levi bazar günü keçirilən səsvermə zamanı Knessetin (İsrail parlamenti) yeni sədri seçilib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsrail parlamentinin mətbuat xidməti xəbər yayıb.

“120 deputatdan 67-si Miki Levinin lehinə səs verdi və o, Knessetin yeni spikeri oldu”, – hazırkı spiker vəzifəni tərk edən Binyamin Netanyahunun “Likud” partiyasının nümayəndəsi Yariv Levin deyib.

Teqlər: