Sahib Məmmədov İqtisadiyyat Nazirinin müavini vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bununla da, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb.
Qeyd edək ki, Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçilib.