Mikayıl Cabbarov Tatarıstanın rəisi ilə görüşdü

Mikayıl Cabbarov Tatarıstanın rəisi ilə görüşdü

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə nazir Tvitter hesabında paylaşım qeyd edib.

“Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, – nazir vurğulayıb.

Teqlər: