Mikayıl Cabbarov Səngaçal terminalında olub (FOTO)

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl
Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səngaçal terminalına
səfər edib.

SOCAR-dan AzerTimes-a verilən
məlumata görə, səfər neft və qazın qəbulu, texnoloji emalı və
ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və
beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış
keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə
etmək məqsədi daşıyıb.

Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar,
terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər
barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən
ibarət olub.

Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional
rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.

Sonra Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz texnoloji qurğular
ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) birinci kompressor
stansiyası, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos
stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və
digər obyektlərə tur təşkil edilib.

Teqlər: