İqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə M.Cabbarov “Twitter” səhifəsində yazıb.
Nazir bildirib: “Sahibkarlığın İnkişafı Fondunun 2021-2023-cü illər üzrə strateji hədəfləri – sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılmasına və inkişafına dəstək, Fondun dayanıqlı inkişafının təmin edilməsidir”.