Xəbər - Ceyhun Ələkbərov – Trend:
COVID19 əleyhinə peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir.
AzerTimes-ın məlumatına görə, bunu Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb. Nazir özünün də peyvənd olunduğunu bildirib:
“Mən də olunmuşam ve hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm”.