Mikayıl Cabbarov EIB-in Regional Nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının
(EIB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə
görüşüb.

Trend xəbər verir ki, nazir bu barədə “Twitter“ səhifəsində
paylaşım edib.

“Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional
Nümayəndəliyinin rəhbəri Maciej Czura ilə Azərbaycanda həyata
keçirilən və icrası nəzərdə tutulan layihələr, ölkəmizin
iqtisadiinkişafı, investisiya imkanları və bankla əməkdaşlığın
perspektivləri barədə müzakirə apardıq”, – paylaşımda deyilir.

Teqlər: