Microsoft dəstəyini dayandırır

Microsoft dəstəyini dayandırır

“Microsoft” korporasiyası iyulun 1-dən “Skype” əlavəsini dəstəkləməyi dayandıracaq.

Artıq istifadəçilər “Windows Phone 8” və “8.1” üzərindən yazılmış messencerin fəaliyyətinin dayandırılması barədə bildirişlər alıblar.

Bir qədər sonra bu, OC RT və “10 Mobile” əməliyyat sistemlərinə də aid ediləcək. “Microsoft” tərtibatçıları “Skype”ı P2P platformasına keçirmək niyyətindədirlər və hazırda bunun üzərində aktiv işləyirlər. Bu isə o deməkdir ki, əlavənin köhnə versiyaları işləməyi dayandıracaq.