Microsoft korporasiyasının martın 31-dən bitən rüblük üzrə gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19 faiz artaraq 41,7 milyard dollara çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə məlumatlar şirkətin saytında qeyd olunub.
Göstərilən dövrdə əməliyyat mənfəəti 31 faiz artaraq 17 milyard dollara çatıb. Xalis mənfəət 44 faiz artaraq 15,5 milyard dollar təşkil edib.
The Wall Street Journal qəzeti qeyd edib ki, şirkətin maliyyə göstəriciləri bütün bəndlər üzrə mütəxəssislərin gözləntilərini üstələyib.
Şirkətin baş icraçı direktoru Satya Nadella vurğulayıb ki, Microsoft-un maliyyə uğurlarının çoxunun bulud xidmətlərinə olan güclü tələbin olmağına görədir.