“Microsoft” əməkdaşlarından tam peyvənd olunmalarını tələb edəcək

“Microsoft” korporasiyası əməkdaşlarından və ofislərinin ziyarətçilərindən koronavirusa qarşı tam peyvənd olunmalarını tələb edəcək.

AzerTimes-ın “The Verge”ə istinadən verdiyi məlumata görə, bu barədə korporasiyanın öz əməkdaşlarına ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir ki, korporasiyanın ABŞ-daki ofisləri ən tezi oktyabrın 4-ü açılacaq: “Sentyabr ayından başlayaraq, ABŞ-dakı “Microsoft” binalarına girən bütün işçilər, təchizatçılar və qonaqlardan tam peyvənd olunduqlarının təsdiqini tələb edəcəyik, həmçinin əməkdaşların yerləşdirilməsi prosesi də təmin ediləcək. Fəaliyyət göstərdiyimiz hər bir bölgədə/ölkədə/əyalətdəki yerli vəziyyəti təhlil etməyə davam edirik və lazım gələrsə tarixləri və qaydaları tənzimləyəcəyik”.


Qeyd edilir ki, tibbi və ya dini səbəblərdən koronavirus əleyhinə peyvənd oluna bilməyən ofis işçiləri üçün qaydalar tənzimlənəcək və ya evdən işləmək imkanı veriləcək.