Miçotakisdən Türkiyəyə qarşı ittiham

Miçotakisdən Türkiyəyə qarşı ittiham

Yunanıstan aqressiv davranışlara, revizionist ritorikaya və yunan suverenliyinin pozulması ilə nəticələnən hərəkətlərə tolerantlıq göstərməyəcək.

AzerTimes xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.

“Davranışını dəyişdirmək Türkiyənin öz əlindədir. Biz heç vaxt sərhədləri aşan və hücum göstərən tərəf olmamışıq.

Ölkəmizi müdafiə etmək imkanımız var. Bizi dəstəkləyən müttəfiqlərimiz də var”, – Miçotakis bildirib.

O, fikir ayrılıqlarının beynəlxalq hüquq əsasında nəzərdən keçirilməli olduğunu bildirib və Türkiyənin yunan adalarının silahlandırıldığı barədə açıqlamalarını “qəbuledilməz” adlandırıb.

Teqlər: