Mİ6-nın Ermənistan həmləsi: “kürd ssenarisi” işə düşür

Mİ6-nın Ermənistan həmləsi: “kürd ssenarisi” işə düşür

Bir neçə gün əvvəl Böyük Britaniya parlamentində Rusiyadan gələ biləcək təhlükələrə qarşı Londonun Ermənistanı dəstəkləməyə hazır olduğu barədə bəyanat yayılıb. Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbərinin görüşü baş tutub. Beynəlxalq siyasətin mahiyyətini anlamaq üçün Qərbin son onilliklərdə kürdlərə qarşı apardığı siyasətə qısaca nəzər salmaq lazımdır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-də dərc olunmuş araşdırmada qeyd edilib.

Bildirilib ki, kürdlər Qərbin Yaxın Şərqdə istədikləri zaman istifadə edəcəkləri əsas kartdır:

“Belə ki, lazım gələrsə, Türkiyə, Suriya, İraq, İranla hansısa problemi həll edərkən kürdləri aktivləşdirir, boş ümid verirlər. Ehtiyac olduğu halda isə qurbanlıq qoyun kimi kəsirlər”.

Məqalədə vurğulanır ki, Qərb Cənubi Qafqazda bu missiyanı ermənilərə yükləyib:

“Qafqazda ermənilərin də rolu budur. Kiçik Ermənistanın qanı bahasına böyük dövlətlər bir-birini bağışlaya, Ermənistan ərazisindən valyuta kimi istifadə etməklə, qarşılıqlı faydalı sövdələşmələr bağlaya bilərlər. Bu cür davranış liberal və ya demokratik, diktator və ya ənənəvi olmasından asılı olmayaraq bütün siyasi sistemlər üçün xarakterikdir. Ermənistan üzünü Qərbə tutub, halbuki İrəvan Qərbə lazım deyil”.

Teqlər: