Mi Max 2 təqdim edildi

Mi Max 2 təqdim edildi

Yüksək performanslı və bir o qədər də münasib qiymətli cihazlar istehsal edən Çinin Xiaomi şirkəti yeni smartfonunu təqdim edib. Təqdimatı olan yeni model 2016-cı ildə satışa çıxmış Mi Max modelinin davamçısı Mi Max 2-dir.

Mi Max 2 olduqca möhtəşəm özəlliklər ilə gəlib. Metal gövdə, ön tərəfdə 3 sensor düymə, arxa hissədə yuvarlaq barmaq izi sensoru, oval kənarlar kimi özəlliklərə sahibdir.

6,44 düym böyüklüyündə ekranı enerji ilə 5300 mAh həcmində batareya təmin edir. Mi Max 2 Qualcomm-un ən yeni çipsetlərindən biri ilə dəstəklənir. Xeyr, Snapdragon 835 və ya daha öncəki 821 modelləri deyil, Snapdragon 625-dən danışırıq. Bu prosessor 5300 mAh böyüklüyündəki batareya ilə birləşdikdə Mi Max 2-nin 2 günü asanlıqla geridə qoyan batareya ömrünün olacağına şübhə qalmır.

Mi Max 2-nin özəllikləri:

Ekran – 6,44 düym, 1080×1920 piksel
Ölçülər – 174.1 x 88.7 x 7.6mm, 211 qram
Ekran-gövdə nisbəti – 74,04%
Prosessor – 2.0 GHz Snapdragon 625
RAM – 4 GB
Daxili yaddaş – 64 GB / 128 GB + microSD dəstəyi
Batareya – 5300 mAh, Quick Charge 3.0
Arxa kamera – 12 MP, Sony IMX386, PDAF, 1.25μm piksel
Ön kamera – 5 MP, 85 dərəcə FOV
Əməliyyat sistemi – Android Nougat + MIUI 8
Bağlantılar – Dual SIM, FDD-LTE, Bluetooth 4.2, WiFi 802.11 a / b / g / n / ac cüt frekanslı, GPS, A-GPS, GLONASS, BeiDou GPS
Rənglər – Qızılı, Ağ
Əlavə özəlliklər – Stereo səsucaldıcı, IR blaster
Qiymət – 245 $ / 295 $

Mi Max 2 modeli 1 iyunda Çində rəsmi olaraq satışa çıxacaq.
Smartfonun qiyməti daxili yaddaşın həcmindən asılı olaraq 245 və 295 ABŞ dolları olacaq.