Məntəqə seçki komissiyaları təşkilatçıdır, onlar özlərini seçkinin sahibi hesab etməsinlər.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, seçkilərdə seçki məntəqəsinin sahibi seçicilərdir:
“Seçici səs vermək üçün məntəqəyə gəlir və ona görə də hər şey şəffaf təşkil edilməlidir”.