Meymunlar planeti: Müharibə

Meymunlar planeti: Müharibə

“20-ci Əsr Foks” kinostudiyası “Meymunlar Planeti: Müharibə” filminin sonuncu treylerini yayımlayıb.

Genetik təkmilləşdirilmiş meymunları yeni qarşıdurma gözləyir.

Belə ki, onlar, amansız polkovnikin başçılığı altında olan insan ordusu ilə müharibə aparmalıdırlar. Öz yaxınlarının itkisindən sonra meymunların başçısı olan Caesar artıq bu müharibəni şəxsi öhdəliyinə götürərək qisas almağı düşünür. Sonda isə o və polkovnik amansız döyüşdə iştirak etməli olacaqlar. Məhz bu döyüş, Yer kürəsində insanların və ya meymunların hökm etməsini qərarlaşdıracaq.

Film fantastika, drama, döyüş, macəra kimi janrları özündə cəmləşdirir.

Rejissoru Mett Rivz-in olduğu filmdə baş rolları Vudi Harrelson, Endi Serkis, Cudi Qrir, Stiv Zan və digərləri canlandırıblar. “Meymunlar planeti: Müharibə” filminin premyerası İyul ayının 4-də baş tutacaq.