İki həftə ərzində Avropada meymunçiçəyinə yoluxma hallarının üç dəfə artmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Klüqe danışıb.
O bildirib ki, region ölkələri qarşıdakı həftə və aylarda meymunçiçəyinin “böyük bir corğafi məkanda möhkəmlənməsinin“ qarşısını almaq üçün səylərini artırmalıdırlar.