Meymunçiçəyi virusu Avropa qitəsinin 25 ölkəsində yayılıb. İndiyədək təsdiqlənmiş 1600-dən çox yoluxmanın 85 faizi Avropadadır.
AzerTimes xəbər verir ki, bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge deyib.
O, virusun yayılmasının artıq risk daşımağa başladığını vurğulayıb:
“Virus nə qədər uzun müddət yayılmağa davam edərsə, onun yaratdığı risk bir o qədər çox olar və endemik olmayan ölkələrdə də güclü təsir bağışlayar”.