DÇ-2022-nin ikinci turu çərçivəsində keçirilən Portuqaliya – Uruqvay matçında (2:0) meydana azarkeş girib.
AzerTimes xəbər verir ki, azarkeş LGBT bayrağı ilə meydana çıxıb.
Onun köynəyinin önündə “Ukraynanı xilas edin”, arxasında isə “İran qadınlarına hörmət” yazısı olub.
Həmin şəxs təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq meydandan çıxarılıb.