Məxfi sənədlər: ABŞ bunu qəsdən yayıb

Məxfi sənədlər: ABŞ bunu qəsdən yayıb

Pentaqonun məxfi sənədlərinin mediaya sızdırılması ABŞ hakimiyyəti tərəfindən planlaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə ərəb əsilli siyasi ekspert Məhəmməd Seyid Əhməd deyib.

O, bu kimi məlumatların ABŞ-Ukrayna əlaqələrinə təsir etməyəcəyini bildirib:

“Pentaqondan sızan məlumatların Amerika hakimiyyəti tərəfindən öncədən planlaşdırıldığını düşünürəm, çünki Vaşinqton bu mövzularda olduqca həssasdır. Pentaqon ABŞ-ın ən güclü strukturlarından biridir. Yəni, ABŞ hakimiyyəti bu məlumat “sızıntı”larından xəbərdardır. Zelenskinin bu müharibə ilə heç bir əlaqəsinin olmadığını çox yaxşı bilirik”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Pentaqonun məxfi sənədlərində ABŞ-ın ən yaxın müttəfiqlərindən sayılan Misirin Rusiyaya 40 min raket göndərəcəyi bildirilirdi. Eyni zamanda, ABŞ-ın Zelenskini dinlədiyi də üzə çıxmışdı.

Teqlər: