“Metsamor” Atom Elektrik Stansiyası region üçün real təhlükədir – Ekspert

Xəbər - Fərid Zöhrabov – Trend:

Ermənistan Atom Elektirik Stansiyasının (AES) fəaliyyətini davam
etdirməsi region üçün təhlükə yaradır.

Bunu Trend-ə “Cənubi Qafqaz” politoloqlar klubunun
rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, region ölkələrinin ekspertləri dəfələrlə
bildiriblər ki, “Metsamor” AES-in fəaliyyəti region ölkələri üçün
təhlükəlidir.


“Ermənistan Atom Elektirik Stansiyasının istismar müddəti çoxdan
bitib. Ermənistan “Metsamor” AES-in fəaliyyətini uzatmaq üçün
müxtəlif bəhanələr gətirir. Ermənistan Metsamor atom elektrik
stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan
çıxarmalıdır. Stansiya müasir tələblərə cavab vermir. İstifadə
edilən avadanlıqlar da köhnəlib. Azərbaycan, Rusiya, Gürcüstan və
İranın ekoloji orqanları bu məsələ ilə bağlı ciddi məşğuldurlar.
Bütün bunlara baxmayaraq, Ermənistanın Metsamor Atom Elektrik
Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına
almaqda davam edir”, -deyə İ. Vəlizadə bildirib.

Twitter:@FaridZohrabov

Teqlər: