Metsamor AES Ərdəbildə xərçəng yayır

Metsamor AES Ərdəbildə xərçəng yayır

Ermənistanın sənayesi və Metsamor AES-in tullantılarının Araz çayına axıdılması Güney Azərbaycanda ciddi problemlər yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə güneyli ekofəallar və vəkil Sina Yusifi sosial mediada paylaşım edib.

Güneyli vəkil İran-Ermənistan sərhədinin başlanğıcından Araz çayının çirkləndiyini, bu su ilə əkin və bağ sahələrinin suvarıldığını yazıb.

Bunun nəticəsində Ərdəbil əyalətində xərçəng xəstələrinə yoluxanların sayı artıb. Əyalət xərçəng xəstəliyinə görə İranda birinci yeri tutur.

Teqlər: