Bakı metropoliteni metroda gediş haqqının artırılması ilə bağlı
Tarif Şurasına müraciət etməyib.
AzerTimes-ın məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar
Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov
jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ Bakı Metropoliteninin səlahiyyətində
deyil.
“Gediş haqlarının bahalaşması ilə bağlı Bakı Metropoliteni
Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ Tarif
Şurasının səlahiyyətindədir. Biz isə bu barədə Tarif Şurasına
müraciət etməmişik”,- H.Məmmədov deyib.